Yanar qazlar

yanma qabiliyəti olan qaz halındakı madələr. Sənaye üçün daha böyük əhəmiyəti olan Y.q., yerdən çıxan və çox vaxt tərkibində 99%-ə qədər müxtəlif karbohidrogenlər, əsasən metan və tərkibi ona yaxın olan qazlardır. Təbi Y.q. neft və qaz yataqlarından hasil edilir. Süni Y.q.-dan ən çox hasil edilənləri bunlardır.
Yanacaq sənayesi
Yanar şistlər
OBASTAN VİKİ
Qazlar
Qazlar (gür.: g.ə. კაზლარი, l.ə. kazlari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Nəcib qazlar
Nəcib qazlar - elementlərin dövri sisteminin 8-ci qrupuna daxil olan qazlar: helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası). Bunlar həmçinin nadir və inert qazlar da adlandırılır. Xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə nəcib qazlar adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmir. == Həmçinin bax == Element Dövri sistemin 8-ci qrupu Qazlar Hellium Neon Arqon Kripton Ksenon Radon Radium == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Təsirsiz qazlar
VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna səbəb onların sonuncu energetik səviyyələrinin dolu olmasıdır. Buna görədə onlar digər qruplara nibətən daha zəifdirlər. Helium(He), Neon(Ne), Arqon(Ar), Kripton(Kr), Ksenon(Xe) və radioaktiv Radon(Rn) təsirsiz qazlara misal göstərilə bilər. Təsirsiz qazlara eyni zamanda nəcib qazlar da deyilir. Mendeleyev cədvəlində öz əksini tapmışdır.
Yarımpərdəayaq qazlar
Yarımpərdəayaq qaz (lat. Anseranas semipalmata) — Yarımpərdəayaq qazlar fəsiləsinə aid quş növü.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. == Həyatı == Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Yanar dağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi.Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. == Xüsusiyyətləri == Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən "sualtı qayadan qalxan od"dan söz açaraq yazır.
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilirDünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Uçan qazlar modeli
Uçan qazlar modeli, uçan qazlar nəzəriyyəsi (yap. 雁行形態論) və ya haqlayan inkişaf modeli — Kaname Akamatsu tərəfindən yaradılan, iqtisadi nəzəriyyə. Bu nəzəriyyə ilə Akamatsu Yaponiyanın regiondaki rolunu öz nümunəsi ilə liderlik eləyən bir ölkə olduğduğunu kimi izah edirdi. Modelə görə, Asiya ölkələri qərb ilə öz regional iyerarxiyanın hissəsi olaraq haqlanacaqlar. Bu regional iyerarxiyada əmtəə mal istehsalı davamlı olaraq daha çox inkişaf etmiş ölkələrdən, daha az inkişaf etmiş ölkələrə göçəcək. Beləliklə, regionun zəif inkişaf etmiş ölkələr onların fərqli inkişaf pillələrinə görə ardıcıl olaraq, inkişaf etmiş sənayələşdirilmiş ölkələrin arxasında vəhşi qazlar quruluş şəkildə sıralayıb. Ən qabağda uçan qaz Yaponiyadır. İkinci sırada uçan qazlar sənayəşdirilən iqtisadiyyatlardır (Cənubi Koreya, Sinqapur, Çin Respublikası və Honkonq). Üçüncü sırada ASEAN-ın ən inkişaf edən ölkələri (Tayland, Malayziya və İndoneziya). Dördüncü sırada uçan qazlar isə regionun ən az inkişaf etmiş ölkələrdir (Çin, Vyetnam, Filippin).
Analar yanar ağlar (film, 1990)
Analar yanar ağlar televiziya tamaşası 1990-cı ildə Azərbaycan televiziyasında istehsal edilmişdir.
Yanar qəlbin ritmləri (film, 1989)
== Məzmun == Film məşhur musiqiçi, cazmen Vaqif Mustafazadəyə həsr olunmuşdur. Burada onun caz kompozisiyaları səslənir. Filmdə V.Mustafazadə barəsində anası Zivər xanım, arvadı Elza xanım, həkim Ələkbər Nəzərov, yazıçı və rejissor Rüstəm İbrahimbəyov, daşkəndli musiqiçi Sergey Qilev, bioloq Tamaz Kuraşvili, xarici ölkə musiqiçiləri onun barəsində söz deyirlər. == Film haqqında == Filmdə V.Mustafazadənin sağlığında çəkilmiş kinoxronikadan, fotoşəkillərdən, şəxsi arxiv sənədlərindən istifadə edilmişdir.
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar — Azərbaycanda xeyli sayda qeyri-ənənəvi yanacaq faydalı qazıntılar mövcuddur (təbii bitum, yanar şistlər, daş və qonur kömür). Bunlardan ən mühümləri böyük ehtiyata malik olan təbii bitum və yanar şistlərdir. == Təbii bitumlar == Abşeron yarımadasında, Qobustanda və Aşağı Kür rayonlarında 50-dən çox təbii bitum yataqları və təzahürləri mövcuddur. Bitum yığımları müxtəlif yaşlı çöküntülərdə (Eosen-Alt Pliosen) toplanmışdır. Onlar mikroelementlərlə (Mg,Ni,Cu,Mo,Zn və s.) zəngindir. Respublikada təbii bitumun ehtiyatları 2 milyon tondan artıqdır. Təkcə Abşerondakı Qırmaki yatağında 50 milyon ton bitumlu qum-ağır neft ehtiyatı vardır. Bəzi bitum təzahürləri palçıq vulkanları (Ayrantökən, Qırlıq, Axtarma-Paşalı, Şorbulaq, Xıdırzindi və s.) ilə əlaqədardır. Abşeron yarımadasında qədim neft yataqları ərazilərində (Balaxanı, Binəqədi, Lökbatan və s.) neft hopmuş torpaq sahələri vardır. Hesablamalara görə, təqribən 10 mədə sahəsindəki həmin torpaqlardan 63 milyon ton neft emal etmək mümkündür.